Sarıl: komandaya hədiyyə ilə sarıl
Sarıl Bakıda şirkətləri korporativ hədiyyə satıcıları ilə görüşdürən platformadır. Məqsədimiz şirkətlərin hədiyyə sifarişini xaosdan çıxarmaq, kiçik hədiyyə bizneslərinə isə böyük korporativ sifarişlərə çıxış verməkdir.
Niyə Sarıl
Şirkətlər Yeni il, Novruz, 8 Mart, əməkdaş ad günləri və müştəri hədiyyələri üçün hər dəfə Instagram-da satıcı axtarır, DM-də qiymət soruşur, keyfiyyəti bilmədən risk edir. Hədiyyə qutusu, şirniyyat, loqo çapı və əl işi edən kiçik bizneslərin isə korporativ alıcıya çıxışı yoxdur. Sarıl bu iki tərəfi bir sorğu ilə görüşdürür.
Nə edirik, nə etmirik
Şirkət sorğu göndərir, satıcılar təklif verir, şirkət birini seçir və razılaşma Sarıl-ın razılaşma otağında aparılır. Sarıl hədiyyə satmır, anbar saxlamır, çatdırmır və məhsul ödənişi qəbul etmir: ödəniş və çatdırılma şirkətlə satıcı arasındadır. Şirkətlər üçün Sarıl pulsuzdur. Satıcılar abunəlik ödəmir; satış olanda Sarıl-a müqavilə məbləğindən pilləli xidmət haqqı («bəxşiş») + 18% ƏDV ödəyirlər.
Etibar
Hər satıcı platformaya çıxmazdan əvvəl Sarıl komandası tərəfindən yoxlanılıb təsdiqlənir. Şirkətin adı və telefonu təklif seçilənə qədər satıcıya göstərilmir. Məlumatların necə saxlandığı məxfilik siyasətində, qaydalar istifadə qaydalarında yazılıb.
Kim qurub
Sarıl Be Positive brendinin yeni layihəsidir. Layihənin təşəbbüskarı marketinq mütəxəssisi və Be Positive-in qurucusu Alamdar Manafovdur.
Əlaqə
Sual və təkliflər üçün: info@bepositive.az