Sarıl
HədiyyələrNecə işləyirTəchizatçılar üçün
B2BSorğu göndər
Suallar

Tez-tez verilən suallar

Sarıl nədir?

Sarıl şirkətləri Bakıdakı korporativ hədiyyə təchizatçıları ilə görüşdürən platformadır. Hədiyyə satmır, çatdırmır və məhsul ödənişi qəbul etmir: şirkət sorğu göndərir, təchizatçılar təklif verir, şirkət birini seçir.

Şirkətlər üçün ödənişlidirmi?

Xeyr. Sorğu göndərmək, təkliflərə baxmaq və seçmək şirkətlər üçün pulsuzdur. Sarıl-a heç nə ödəmirsiniz.

Sorğu göndərəndən sonra nə olur?

Sorğu seçdiyiniz təchizatçılara (seçməsəniz, təsdiqlənmiş təchizatçılara) avtomatik göndərilir. Təkliflər gələndə e-poçtla xəbər edirik; sorğu səhifənizdə təklifləri qiymət və müddətə görə müqayisə edib birini seçirsiniz.

Ödəniş və çatdırılma kimin öhdəliyindədir?

Təklifi seçəndən sonra təchizatçının əlaqəsi açılır, şərtləri razılaşıb müqaviləni birbaşa imzalayırsınız. Ödəniş, çatdırılma və keyfiyyət şirkətlə təchizatçı arasındadır; Sarıl müqavilənin tərəfi deyil.

Loqo çapı və kütləvi sifariş mümkündürmü?

Bəli. Hədiyyələr loqo çapı, yerli məhsul, münasibət və minimum say üzrə süzülür. Sorğuda say, büdcə və tarixi yazın, təchizatçılar buna görə təklif verir.

Yeni il və bayramlar üçün nə vaxt sifariş verməliyəm?

Ən böyük mövsüm Yeni ildir; şirkətlər sifarişi oktyabr–noyabrda verir. Təchizatçının vaxtında hazırlaması üçün ən azı 3–4 həftə əvvəl sorğu göndərin.

Təchizatçı necə qoşulur və bəxşiş nədir?

Təchizatçı formada qeydiyyatdan keçir, Sarıl onu yoxlayıb təsdiqləyir. Qoşulmaq və təklif göndərmək pulsuzdur, abunəlik yoxdur. Satış olanda təchizatçı Sarıl-a müqavilə məbləğindən pilləli xidmət haqqı («bəxşiş») + 18% ƏDV ödəyir: 0–500 AZN hissəyə 10%, 500–2000 AZN 8%, 2000 AZN-dən yuxarı 5%.

Məlumatlarım necə qorunur?

Şirkətin adı və telefonu təchizatçı təklifi seçilənə qədər ona göstərilmir. Ətraflı: məxfilik siyasəti.

Sorğu göndər Təchizatçı kimi qoşul

Sarıl

Komandaya hədiyyə ilə sarıl. Sarıl şirkətləri Bakıdakı korporativ hədiyyə təchizatçıları ilə görüşdürür. Hədiyyə satmır, çatdırmır və məhsul ödənişi qəbul etmir.

Platforma

  • Hədiyyələr
  • Necə işləyir
  • Hədiyyə təqvimi
  • Suallar
  • Yeni il hədiyyələri
  • Novruz hədiyyələri
  • Sorğu göndər

Təchizatçılar üçün

  • Təchizatçı kimi qoşul
  • Bəxşiş necə hesablanır
  • B2B giriş
© 2026 Sarıl. Bakı, Azərbaycan. Be Positive layihəsi. · İstifadə qaydaları · Məxfilik